Bu gündən avqustun 16-dək ictimai nəqliyyat işləməyəcək

14 Avqust 2021 - 01:43

Bu gündən avqustun 16-sı saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək.