Bundan belə Finlandiyada Rusiya nömrəli avtomobilləri yalnız xüsusi icazə ilə idarə etmək olar. Rusiyada qeydiyyatda olan avtomobillərin Finlandiyanı tərk etməli olduğu müddət bir gün əvvəl başa çatıb. Beləliklə, martın 16-dan Finlandiyada məlum avtomobilləri idarə etmək qadağandır.
Azpost.info xəbər verir ki, bu barədə Finlandiya gömrük xidməti məlumat yayıb.
“Bu gündən etibarən Finlandiyada yerləşən Rusiya nömrəli avtomobillər rüsum və ƏDV-yə cəlb oluna bilər, bundan sonra onlar Avropa İttifaqını tərk etməli olacaqlar”, – məlumatda deyilir.
Bəzi hallarda Rusiyada qeydiyyatdan keçmiş dövlət nömrə nişanlı avtomobili idarə etməyə icazə verilir. İstisnalar tam zamanlı tələbələr, müddətli əmək müqaviləsi ilə işləyən insanlar, həmçinin Rusiyada daimi yaşayan Avropa İttifaqı və ya Avropa İqtisadi Bölgəsi vətəndaşları üçün edilir. Lakin onlar avtomobili Finlandiyaya qanuni olaraq – qadağa qüvvəyə minməmişdən əvvəl idxal etdiklərini sübut etməlidirlər.
Azpost.info