“Bu hərəkət qudurğanlıqdır” –

Deputatdan oteldəki hovuzda çimənlərə sərt ittiham
06 İyul 2020 - 13:00
Bakıda məşhur otellərin birində insanların hovuz kənarında istirahəti bir tərəfdən məsuliyyətsizlik, digər tərəfdən isə qudurğanlıqdır.
Bunu deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərin belə hərəkəti cəmiyyətə meydan oxumaq deməkdir.

“Hesab edirəm ki, onların cəzası ciddi olmalı və insanlara görk olmalıdır. Burada insanlar koronavisurla ölüm-dirim mübarizəsi aparır. Sən deyirsən ki, “hovuzda dincəlməliyəm və ya haradasa kabab yeməliyəm”. Bu, həm də mənəviyyət məsələsidir. Bunların qınanması çox doğrudur”. (Azvizion)