“Bu hadisə bizə dərs oldu…”-Deputat həmkarları Eldəniz Səlimovla bağlı danışdılar

Milli Məclisin bu gün keçirilən iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğvi ilə bağlı məsələ müzakirə edilib. 

Azpost.info bildirir ki, deputat həmkarları öz çıxışlarında E.Səlimovun davranışını pisləyiblər. “Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin tödərilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: “Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.

Məlahət İbrahimqızı bildirib ki, bugünkü müzakirə hədsiz dərəcədə üzücüdür: “Biz bu mandatı icad etməmişik. Biz bunu seçicilərin haqqı ilə qazanmışıq”. (Modern.az)

“44 günlük Vətən müharibəsində hər birimiz arxa cəbhədə mübarizə apardıq. Biz hər bir əməlimizdə bunu nəzərə almalıyıq. Məsuliyyətsizlik parlamentin adına ləkə gətirə bilməz. Qazanılan uğurlara kölgə salınmasına icazə verməli deyilik”.

İntizam komissiyasının sədri Eldar İbrahimov deyib ki, “Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinə kifayət qədər səbəblər var”.

Komissiya sədri bildirib ki, deputatların şərəfli adını qorumalıyıq: “Hər kəs qanun qarşısında bərabərdir. Bu hadisə hər birimiz üçün dərs oldu”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş prokuror Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvinə səs verməyə çağırıb

Sonrakı məqalə

Şahidlər Niyaz Niftiyevin əleyhinə ifadə verməyib –