“Döyüş əməliyyatlarının intensivliyinin artması ilə Ukrayna hərbçiləri arasında itkilərin artması gözlənilirdi”.
Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə bildrib.
Aparıcının “Ağ Ev əks-hücuma keçmək cəhdlərinin Ukrayna Silahlı Qüvvələrində insan və texnika baxımından əhəmiyyətli itkilərə səbəb olacağını gözləyirmi?” sualına Kirbinin cavabı belə olub: “Əlbəttə ki, itkilərin Baxmut uğrunda döyüşlərdəki itkilərdən çox olacağını gözləyirdik”.
O, Ukrayna tərəfdən ölən hərbçilərinin dəqiq sayını açıqlamaqdan imtina edib: “Baxmut yaxınlığında ağır döyüşlər gedir. Eyni zamanda da Donbasdan Zaporojyeyə qədər olan bölgədə”.
Kirbi həmçinin qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edəcəklər.
Azpost.info
