Bu il 701 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

22 İyul 2020 - 00:01

Bu il 701 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 701 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 349 nəfər gedən qeydə alınıb.

Ölkə üzrə miqrasiya saldosu müsbət 352 nəfər təşkil edib.