Bu il Türkiyənin döyüş təyyarəsi nümayiş olunacaq

Türkiyənin ilk döyüş təyyarəsi bu il anqardan çıxarılaraq dünyaya nümayiş etdiriləcək.

“Hürriyet” qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir bildirib.

İsmayıl Dəmir “Hürjet” təlim təyyarəsi və TB3 silahlı pilotsuz uçuş aparatının da bu il ilk uçuşunun olacağını söyləyib.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri qeyd edib ki, pilotsuz döyüş təyyarəsi “Kızılelma” ilk uçuşu gözlənəndən tez olub: “Bu il isə “Kızılelma”-nın manevr testləri və mərmilərin inteqrasiyası prosesi həyata keçiriləcək. Bu baxımdan bu il havaçılıq sahəsində bir çox rekordların şahidi olacağıq. O cümlədən “KILIÇSAT” və “İMECE” peykləri də kosmosa buraxılacaq. Bunlarla bərabər raket sistemlərimiz “Siper”, “Bozdoğan”, “Gökdoğan”, “Gökdeniz”, “Karaok”, “Şimşek” və “Akya”-ın kütləvi istehsalına başlanılacaq”.

Əvvəlki məqalə

Həbib idmandan getdi

Sonrakı məqalə

Sabah qar yağacaq, külək əsəcək