Həbib idmandan getdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (qarışıq döyüş növləri) gedib.

TASS-ın məlumatına görə, o, artıq məşq keçməyəcək və təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq.

Bildirilib ki, idmançı bu addımı daha çox ailəsi ilə vaxt keçirmək üçün atıb.

Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb. Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Əvvəlki məqalə

Ötən ilin üç ən yaxşı qapıçısı kim olub? –

Sonrakı məqalə

Bu il Türkiyənin döyüş təyyarəsi nümayiş olunacaq