Bu ilin 5 ayında ölkədə 25 minə yaxın adam ölüb

16 İyul 2020 - 11:21

Bu il Azərbaycanda qeydə alınan ölüm hallarının sayı məlum olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, cari ilin beş ayında ölkə üzrə 24 813 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0 təşkil edib.