Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bu ilin 8 ayında qiymətlər 7 faiz artıb

User 10 Sentyabr 2025 - 13:21 (Last updated: 10 Sentyabr 2025 - 13:21)
Market

Market

Cari ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin avqust ayına nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,6 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,9 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

 

 

 

Bu ilin avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Hesabat dövründə qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsinin, beynəlxalq telefon danışıqlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

AzPost.az

Post navigation

Previous: Türkiyə İsrailin hucumu barədə əvvəlcədən HƏMAS-a məlumat verib
Next: Heydər Əliyev Fondu Vatikan xəstəxanası ilə memorandum imzalayıb

Oxşar xəbərlər

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.