Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yollar” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən verilən məlumata görə, həmçinin Bakı-Ağstafa-Bakı qatarlarımız hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Əvvəlki məqalə

Tavuşda Azərbaycanın nəzarətinə keçəcək körpü bu gündən bağlanıb

Sonrakı məqalə

Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub