“Bu ölkələrdə dövlət çevrilişi gözləyirəm” –ZELENSKİ

“Ukrayna taxılının tədarükünün dayandırılması Asiya və Afrikada aclığa, bu da öz növbəsində siyasi qeyri-sabitliyə və silsilə çevrilişlərə səbəb olacaq”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Ərzaq çatışmazlığı, şübhəsiz ki, siyasi xaosa səbəb olacaq ki, bu da bir çox ölkələrin hökumətlərinin devrilməsinə, bir çox siyasətçilərin ölkədən çıxarılmasına gətirib çıxara bilər. Bu təhlükə bir sıra ölkələrdə qiymətlərin sürətli artımı ilə özünü büruzə verir”, – Zelenski deyib.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etmək istəyir” –

Sonrakı məqalə

“Formula-2”: İlk qalib məlum olub