Bu şəxslər sosial vergi ödəməyəcək

sosial vergi
sosial vergi
Bu şəxslər sosial vergi ödəməyəcək
Azərbaycanda əlilliyi olan şəxslərin elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
AzPost “Report”a istinadla xəbər verir ki, bununla bağlı “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.
Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bununla əlaqəli Vergi Məcəlləsində də dəyişiklik ediləcək. Dəyişikliyə görə, əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 % dərəcə ilə vergi tutulacaq.
Dəyişiklik barədə parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib. Qeyd edib ki, əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.
Onun sözlərinə görə, layihədə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı təqdirdə əlillərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək.
Həmçinin əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
Dəyişiklik layihəsi ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur.
Vergi Məcəlləsində mövcud vergi rejimləri bu kateqoriyadan olan şəxslərin vergi orqanlarında qeydiyyatdan alınması şərti ilə tətbiq olunacaq.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.