Bu şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan olunacaq

Narkotik vasitələri istehlak etməsi müəyyənləşən şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan olunacaq.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin martın 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyənləşmiş şəxslərin vergi orqanlarında xidmətə qəbulu qadağan olunacaq.

Əvvəlki məqalə

Dövlət Komissiyası iki ayda nə qədər narkotik və narkoman aşkar edib? –

Sonrakı məqalə

Avropa liderləri Berlində bir araya gələcək