İran virusa qarşı özünün “Bərəkət” adlı peyvəndini hazırlayır

COVID-19-a qarşı aparılan mübarizə çərçivəsində İran tezliklə yerli peyvənd istehsalına başlayacaq.

Bu sözləri İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur deyib. O bildirib ki, İranın hazırladığı “Cov İran Barakat” peyvəndi Kuba mütəxəssisləri ilə birlikdə hazırlanır və 2 dəfə sınaq mərhələsindən keçib. Hazırda 3-cü sınaq mərhələsi başlayıb və yayda əhali yerli peyvəndən istifadə edə biləcək.

Hələlik isə İranda Rusiyadan alınan “Sputnik-V” peyvəndindən istifadə edər. Lakin Rusiya İrana yalnız 2,5 milyon doza vaksin sata bilib. Bu qədər doza tələbatı ödəmədiyi üçün İran Çin və Kubadan da peyvənd alıb.

İranda koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir. Yanvar – fevral aylarında hər gün 100-dən çox xəstə ölürdüsə, mart ayında bu rəqəm 70-ə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu soyadı daşımaq heç də asan deyil” –

Sonrakı məqalə

Bakıda 59 yaşlı kişi Novruz tonqalında yanaraq öldü