“A vitamini, mis və sink gözləri xəstəlikdən qorumağa qadirdir”.
Bunu amerikalı diyetoloq Culianna Hever söyləyib. ABŞ-ın Milli Görmə İnstitutu məsələ ilə bağlı araşdırma aparıb. Eksperimentdə yaşı 55-dən 80-dək olan 4 700 nəfərdən çox insan iştirak edib.
Məlumata görə, məhz bu yaş aralığında insanlar tez-tez görmə patologiyası ilə qarşılaşırlar.
Mütəxəssislər peroral əlavələr qəbul edən könüllüləri 4 qrupa bölüblər. Belə ki, birinci qrup 15 mq A vitamini, həmçinin mis və sink olan antioksidant, ikinci qrup yalnız A vitamini, üçüncü qrup sadəcə mikroelement, dördüncü qrup isə plasebo qəbul edib.
Nəticədə məlum olub ki, birinci qrupdakı pasiyentlərdə görmənin yaşla əlaqədar disfunksiyası 25%, korolma riski isə 19% azalıb.
Qeyd olunub ki, sağlamlığı qorumaq və A vitamini qəbul etmək üçün aptekə üz tutmaq vacib deyil. Faydalı elementlər balqabaq, yumurta, kök və kəsmikdə də var.