Bu xidməti qusuru olan hərbçiləri dövlət mənzillə təmin edilə bilməz –FƏRMAN

Hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməyən müddətlər müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməyəcək:
– hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti;
– hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti;
– məhkumluğun olduğu müddət.

Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu qeyd olunan müddətlərdə dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

Qeyd edək ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbçilərin sosial müdafiəsi ilə bağlı komissiyanın tərkibi dəyişib –

Sonrakı məqalə

Azərbaycanın əhalisinin sayı açıqlanıb