Bu yay rus turistlərin 60 faizi Türkiyədə istirahət edib- SYAHI (RƏQƏMLƏR)

2022-ci ilin iyun-avqust aylarında təxminən 3,5 milyon rusiyalı xaricdə istirahət edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Rusiyalı turistlərin ən çox (ümumi turistlərin 60 faizi) ziyarət etdiyi ölkə Türkiyə olub. Yay turist axınının 23 faizi Abxaziyanın, 3 faizi BƏƏ-nin payına düşüb. Maldiv adaları turist axınının 2 faizi ilə dördüncü yeri tutub. Bütün digər istiqamətlər ümumilikdə turistlərin 7 faizini təşkil edib.

İlkin hesablamalara görə, iyun-avqust aylarında Rusiyadan Türkiyəyə 2,1 milyondan çox turist gəlib. Ötən ilin yayında bu rəqəm 1,9 milyon olub. Ötən illə müqayisədə2022-ci ilin yayında Türkiyəyə turun orta qiyməti iki nəfər üçün 175 min rubldan 235 min rubla yüksəlib.

Abxaziyaya turun orta qiyməti 25 faiz artaraq 85 000 rubla çatıb. BƏƏ-yə turlar 28 faiz bahalaşıb – iki nəfər üçün 178 min rubla qədər. Misirə səyahətin dəyəri isə 60 faiz artaraq iki nəfər üçün 170 min rublu keçib.

2022-ci ilin yay mövsümündə Krıma turların sifarişində əhəmiyyətli azalma olub. Satışlar ən çox may və iyun aylarında azalıb. Turistlərin 75 faizi yarımadaya təkbaşına səfər etməyi seçib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda Facebook-dan nə qədər adam istifadə edir? –

Sonrakı məqalə

Ombudsman uşaqlara işgəncə faktı ilə bağlı rəsmi qurumlara müraciət edib