Azərbaycanda Facebook-dan nə qədər adam istifadə edir? –RƏQƏMLƏR

“Facebook”un Azərbaycan üzrə istifadəçilərin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi 51,1% təşkil edib.

Bu barədə “Internet World Stats”ın (IWS) 2022-ci ilin avqustun 31-nə olan hesabatında bildirilir.

WS-in məlumatına görə, bu ilin əvvəlindən qeyd olunan göstərici 0,3 faiz bəndi artıb.

10,288 milyondan çox əhalisi olan ölkədə, bu sosial şəbəkənin istifadəçilərinin sayı 5 256,8 min təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 0,5% çoxdur.
Hesabatda Azərbaycanda internet istifadəçilərin sayının 8 745,3 min nəfər olduğu qeyd olunur ki, bu da qlobal şəbəkənin ölkə üzrə nüfuz dərəcəsinin 85% təşkil etdiyi deməkdir.

“Facebook” sosial şəbəkəsinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə istifadəçi sayı belədir: Gürcüstan (3 628,5 min.), Ermənistan (2 196,6 min.), Qazaxıstan (13 954,6 min.), Qırğızıstan (3 590,9 min.), Tacikistan (1,587,3 min), Türkmənistan (321,8 min) və Özbəkistan (7 003,4 min).

Əvvəlki məqalə

Türkiyənin “F-16” qırıcı təyyarələri Azərbaycana gəldi –

Sonrakı məqalə

Bu yay rus turistlərin 60 faizi Türkiyədə istirahət edib