“Bu, yeni dünya müharibəsinə səbəb ola biləcək təhlükəli yoldur”- VOLODİN

NATO ölkələrinin rəhbərliyi üçün faşist ideologiyası normaya çevrilib.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, bunun yeni dünya müharibəsinə gətirib çıxara biləcək təhlükəli yol olduğunu bildirib.

“Bayden, Trüdo, Sunak, Makron, Şolts nəinki Kiyev nasistlərinin cinayətlərinə haqq qazandırır, həm də Zelenski rejiminin həyata keçirdiyi soyqırım və terror siyasətinə sponsorluq edirlər. Bu, yeni dünya müharibəsinə səbəb ola biləcək təhlükəli yoldur”, – Volodin qeyd edib.

O, sovet əsgər və zabitlərinin cəsarətini və qəhrəmanlığını unutmamağa çağırıb: “Çünki səksən onillikdən sonra nasizm yenidən baş qaldırır”.

Volodin əlavə edib ki, yeni dünya müharibəsinin baş verməməsi üçün hər şey edilməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.