Orkhan Ali
06 Avqust 2024 - 15:51 (Last updated: 21 May 2025 - 20:15)
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 74,8 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.