Bundestaq Kiyevə “Taurus” raketləri göndərməyə və Rusiyadakı hədəfləri vurmağa- ÇAĞIRDI

Almaniyanın hakim koalisiyaya daxil olan üç parlament partiyasının aparıcı nümayəndələri Rusiyadakı hərbi hədəflərə hücum etmək üçün Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin göndərilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Azpost.info xəbər verir ki, bu barədə “Rheinische Post” yazır.

Bundestaqın Müdafiə Komitəsinin rəhbəri, Azad Demokrat Partiyasının üzvü Mari-Aqnes Strack-Zimmerman deyib ki, Kiyevi dəstəkləyən Avropa ölkələri cəsarətli davranmaqdan qorxmamalıdırlar, çünki Rusiya prezidenti Vladimir Putin belədir.

Deputatın sözlərinə görə, Ukraynanın daha çox döyüş sursatına, lakin hər şeydən əvvəl “Taurus” qanadlı raketinə ehtiyacı var və Almaniya Rusiyanın təchizat xətlərini məhv etmək üçün onu orduya tədarük etməlidir.

Bundestaqın Müdafiə Komitəsinin üzvü Sara Nanni də bu fikirlə razıdır. Onun sözlərinə görə, Kiyevə “Taurus” raketlərinin verilməsi zərurəti çoxdan yaranıb və Rusiyanın hava hücumlarına qarşı ən təsirli müdafiə hədəflərə atəş olacaq.

Nanni əlavə edib ki, “Taurus”un çatdırılması məsələsində passivlik ilk növbədə kansler Olaf Şoltsdan gəlir və bu, hökumətin ümumi mövqeyi deyil.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada dəmir yolu xətti partladılıb

Sonrakı məqalə

Ötən il Rusiyada ordu haqqında yalan xəbərlərə görə 135 çinayət işi açılıb