Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bunlar vasitəsilə həyatımız hədəfə çevrilir” –

User 26 Noyabr 2025 - 16:16 (Last updated: 26 Noyabr 2025 - 16:16)
dtx kibermerkez

Kiber təhdidlər bu gün dünya iqtisadiyyatında hesablanan zərərlər baxımından ciddi artım dinamikası nümayiş etdirir.

“APA-Economics” xəbər verir ki, bunu “Caspian İnnovation Forum” tədbirində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov deyib.

O qeyd edib ki, bu dinamikanı hər kəs görür: “Hətta mən öz ətrafımda da görürəm ki, idman sahəsində, biznesin müxtəlif sahələrində, müxtəlif fəaliyyət istiqamətlərində olan insanlar kiber təhdidlərdən və onların vurduğu zərərlərdən danışır. Çünki biz üzərimizdə telefon gəzdiririk, məlumat daşıyıcıları daşıyırıq, evlərimizdə “smart” avadanlıqlar var. Bunların hər biri hücum hədəfinə çevrilə bilər və bunlar vasitəsilə artıq bizim həyatımız da hədəfə çevrilmiş olur”.


D.Rüstəmov deyib ki, 2021-ci ildə Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təşkili üçün səlahiyyətli qurum müəyyən edilib: “Bu prosedurların həyata keçirilməsi nəticəsində Azərbaycan qanunvericiliyində ilk dəfə “kiber təhdid” anlayışı ortaya çıxdı və ilk dəfə “kritik informasiya infrastrukturu” hüquqi status aldı.

Bundan sonra, həm hökumətə, həm də səlahiyyətli quruma tapşırıqlar verildi ki, bu sahədə fəaliyyəti qurmaq üçün xarici təcrübə öyrənilsin və ən yaxşı təcrübə Azərbaycanın real infrastrukturuna və real qanunvericilik tələblərinə uyğun şəkildə tətbiq olunsun.

Bu dövr ərzində – təxminən 5 il ərzində – biz ciddi işlər gördük. Beş il baxanda bəzən uzun görünür, bəzən qısa, amma bu sahənin miqyasını nəzərə aldıqda bu, qısa müddətdir. 2021-ci ildə bu məsələyə başlayanda, desəydilər ki, 2025-ci ildə bu nəticələr olacaq, bəlkə də inanmaq çətin olardı. Amma biz artıq bu arxitekturaya və bu topologiyaya nail olmuşuq”.

“Azərbaycan qanunvericiliyi artıq kritik informasiya infrastrukturlarının təhlükəsizliyini ayrıca anlayış kimi müəyyən edir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı bütün normativ sənədlər hazırlanıb, normativ aktlar təsdiqlənib və fəaliyyətə başlanılıb”, – deyə o əlavə edib.

AzPost.az

Post navigation

Previous: “Videodakı şəxs mənim qızım deyil…” –
Next: Honq Konqda yaşayış kompleksi yanır –

Oxşar xəbərlər

ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19
statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
ramiz
  • Sosial

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

User 28 Oktyabr 2026 - 15:15

xƏBƏR

qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14
Avropa Komissiyası Ukrayna ilə sülh sazişi bağlansa belə, Avropa İttifaqı ölkələrinin Rusiya qazının alışını bərpa etməsi ehtimalını...
Read more about Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək
İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq? ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19
İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr israil
  • Dünya

İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr

User 28 Oktyabr 2026 - 16:59
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.