Qətər İran və ABŞ-İsrail müharibəsinin dayandırılması ilə bağlı yeni razılaşma təklif edib.
Reuters agentliyinə danışan mənbənin bildirdiyinə görə, təklif oktyabrın 25-də Qətər nümayəndəsinin Tehrana səfəri zamanı təqdim olunub.
Mənbənin sözlərinə görə, hazırda İran bu təklifi nəzərdən keçirir. Tehranın həftənin sonunadək cavab verəcəyi gözlənilir.
Yeni plana əsasən, yeddi gün ərzində Tehran və Vaşinqton qarşılıqlı narahatlıqların aradan qaldırılması istiqamətində addımlar atmalıdır.
Təklif razılaşdırılarsa, yeni planın icrasına gələn həftə başlanacaq.
