Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bünövrədən mənzil almaq doğru seçimdir, yoxsa risklidir?

User 07 Dekabr 2025 - 11:45 (Last updated: 07 Dekabr 2025 - 18:32)
tikinti

Son zamanlar yeni tikililərlə bağlı şikayətlər artıb. Əksər vətəndaşlar tikintisi illərlə davam edən binalardan böyük məbləğlər ödəyərək mənzil alır, lakin arzuladıqları evə sahib ola bilmirlər.

Şikayətçilər bildiriblər ki, bəzi tikinti şirkətləri mənzilləri satmalarına baxmayaraq, nə tikintini vaxtında başa çatdırır, nə də alıcıların hüquqlarını qoruyurlar.

“Ümumi 45 min manat ödəmişəm. 6 ildir kirayədə qalıram, binadan isə hələ də xəbər yoxdur”, – zərərçəkən vətəndaşlardan biri söyləyib.

Başqa bir sakin isə belə deyib: “Bankdan külli miqdarda kredit götürüb ödəniş etmişəm. Sonradan məlum olub ki, mənzili bir neçə nəfərə satıblar”.

Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, binanın tikilməkdə olan qiyməti ilə tam hazır vəziyyətdəki qiyməti arasında 30-40 faiz fərq olur: “Çoxmənzilli binaların tikintisi orta hesabla 2-3 il davam edir. Bu müddət ərzində əmlak bazarında baş verən qiymət artımları səbəbindən həmin binalardakı mənzillərin satış qiymətlərində də yüksəlmələr baş verir”.

E.Fərzəliyev qeyd edib ki, müqavilələrdə tikintinin başa çatdırılma tarixi göstərilsə də, şirkətlərin öhdəliyi pozması nəticəsində vətəndaşlar uzun müddət gözləməli olurlar.

Ekspert həmçinin alıcılara ciddi xəbərdarlıq edərək vurğulayıb ki, mənzil alarkən şirkət barəsində araşdırma aparmaq, tikintinin sənədlərinin olub-olmadığını öyrənmək və alqı-satqını mütləq notarial qaydada rəsmiləşdirmək lazımdır.

 

AzPost.az

Post navigation

Previous: Balıq vətəgəsi olan sahibkarlara xəbər –
Next: Ölkədə müalicəvi sanatoriyalar 13 milyon gəlir əldə edib

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.