Buraxılış imtahanına 479 nəfər gəlməyib, 11 nəfərin nəticəsi ləğv olunub- 39 nəfər maksimum bal toplayıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib.

İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Əvvəlki məqalə

Buraxılış imtahanının nəticələri elan olundu

Sonrakı məqalə

Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində ÇIXIŞI