Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq

Orkhan Ali 19 Sentyabr 2024 - 10:52 (Last updated: 21 May 2025 - 20:15)
qerbi azerb icmasi

Qərbi Azərbaycan İcması antiterror tədbirlərinin ildönümü ilə bağlı bəyanat yayıb.

“Bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür. Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa bu tədbirlərlə son qoydu və ölkənin suverenliyini tam bərpa etdi. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin etdi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla tamamlandı. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür.

Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməyib, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə edib. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.

Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi formada göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd göstərirlər. Biz bu qüvvələrdən beynəlxalq hüququn normalarına hörmət göstərməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik.

Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq”.

Post navigation

Previous: “Neftçi” Qara Qarayevlə yollarını ayırıb
Next: Çempionlar Liqasının ilk turunun oyunları bu gün yekunlaşır

Oxşar xəbərlər

ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
ilham avropa iti prez
  • Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

User 13 Noyabr 2026 - 08:54

xƏBƏR

raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
“SpaceX” ilk dəfə “Starship” kosmik gəmisinin yuxarı pilləsini eniş zamanı uğurla tutub. Orbitdən qayıdan 52 metrlik “Starship”...
Read more about İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO
Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
Sabaha olan hava proqnozu hava yaqis
  • Sosial

Sabaha olan hava proqnozu

User 15 Noyabr 2026 - 12:37
İlham Əliyev Fələstin prezidentini təbrik edib ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.