“Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” –

Prezident sərhəddəki gərginliklə bağlı İrəvana xəbərdarlıq etdi
16 Noyabr 2021 - 19:09

“Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Ermənistanla sərhəddə gərginilklə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müzakirəsi zamanı bildirib.

Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Dövlət başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.