“Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” –Prezident sərhəddəki gərginliklə bağlı İrəvana xəbərdarlıq etdi

“Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Ermənistanla sərhəddə gərginilklə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müzakirəsi zamanı bildirib.

Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Dövlət başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şarl Mişellə sərhəddəki vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Azərbaycan Oskar mükafatına film təqdim edib