Bütün təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək

06 May 2020 - 12:33

Təhsil Nazirliyi təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydasını açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, bütün pillələr üzrə təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək. Hazırda yalnız ümumi və bəzi məktəbəqədər təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur.

Şagird sayı 1000-dək olan məktəblərdə 1, 1000-dən 3000-dək olan məktəblərdə 2, 3000-dən çox olan məktəblərdə 3 psixoloq fəaliyyət göstərəcək.