Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin hamısı publik hüquqi şəxs statusu alıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, ötən müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Təhsil Nazirliyinin tabeliyində olan 35 orta ixtisas təhsili müəssisəsindən 9-u publik hüquqi şəxs statusuna malik olan kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Nazirlər Kabinetinin bugünkü müvafiq qərarları ilə 26 orta ixtisas təhsili müəssisəsinə də publik hüquqi şəxs statusu verilib. Başqa sözlə, Nazirlər Kabinetinin “Ağcabədi Pedaqoji Kollecinin, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin, Ağdam Musiqi Kollecinin, Ağdaş Dövlət Humanitar Kollecinin, Astara Pedaqoji Kollecinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Quba Dövlət Sosial-İqtisadi Kollecinin, Masallı Dövlət Regional Kollecinin, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin, Şamaxı Dövlət Regional Kollecinin, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Şuşa Humanitar Kollecinin, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin yenidən təşkili haqqında” qərarına əsasən, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ər 17 orta ixtisas təhsili müəssisəsi -Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Musiqi Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Masallı Dövlət Regional Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkil ediləcək.
Nazirlər Kabinetinin “Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin və Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin yenidən təşkili haqqında” qərarına əsasən isə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər 9 orta ixtisas təhsili müəssisəsi – Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkil ediləcək.