Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Buxarestdə yaşıl enerji ilə bağlı Sazişin imzalanmasına dair plenar iclas keçirilib, Azərbaycan Prezidenti iclasda çıxış edib-

User 17 Dekabr 2022 - 17:58 (Last updated: 21 May 2025 - 20:15)
yeni3

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edib.

Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamladı və çıxış etdi. Dördtərəfli sazişin əhəmiyyətindən danışan Rumıniya Prezidenti bildirdi ki, bu sənəd qeyd olunan ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Həmçinin perspektivdə hələ görülməli işlərin çox olduğunu qeyd edən Rumıniya Prezidenti dedi: “Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir”.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə qeyd etdi ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Ursula fon der Lyayen sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək dedi: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Sonra dövlətimizin başçısı iclasda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli həmkarlar.

Xanımlar və cənablar.

Əvvəlcə, məni bu cür mühüm tədbirə dəvət etdiyinə və ev sahibliyinə görə Prezident Yohannisə təşəkkürümü bildirmək istəyirəm. Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır.

Mən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenə enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində Azərbaycana verdiyi davamlı dəstəyinə görə xüsusi minnətdarlığımı vurğulamaq istərdim.

Bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq və biz həmin sənədin icrasına artıq başlamışıq. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir, bu il 11,3 milyard kubmetrdir. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün, 2021-ci ildə o, 19 milyard kubmetr təşkil edirdi.

Dünən Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.

Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır.

Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər. Mən hamımıza uğurlar arzulayıram.

Sağ olun.

 

Post navigation

Previous: “Rusiya mediasına qarşı sanksiyalar senzuradır”
Next: Xankəndi-Laçın yolunda aksiya iştirakçıları və Rusiya sülhməramlıları DÇ-2022-nin 3-cü yer uğurunda oyununu canlı izləyir –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
Süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqədar işçi sayını azaldan bəzi şirkətlər gözlənilən nəticəni əldə edə bilmədikləri üçün...
Read more about Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır
Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.