Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı intihar etdi

12 Dekabr 2020 - 19:16

Cəlilabadda vəzifəli şəxs intihar edib.

 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov yaşadığı evdə özünü asıb. M. Həsənov 2 ilə yaxın müddətdə Cəlilabad Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.

Hadisənin baş vermə səbəbi məlum deyil.

Qeyd edək ki, Meyti Həsənovun 5 övladı var. (APA)