Cəlilabadda 37 yaşlı kişi ürəyindən bıçaqlanaraq qətlə yetirilib

Cəlilabadda qətl hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, Cəlilabad sakini 1988-ci il təvəllüdlü Bəhruz Ədalət oğlu Hüseynov rayonun Kirovka deyilən ərazisində, evinin giriş qapısında bıcaqlanaraq qətlə yetirilib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.