“Cəlilabadda iki müşahidəçi seçkiyə buraxılmayıb” –Mustafa Hacıbəyli

67 saylı Cəlilabad şəhər seçki dairəsinin 18 saylı məntəqəsində Müsavat Partiyasının müşahidəçisi Məmmədov Rövşən Səfəralı oğlu seçki məntəqəsinə buraxılmayıb.

Rövşən Məmmədov MSK-da müşahidəçi kimi rəsmi qeydiyyatdan keçib. Seçki məntəqəsində ona deyilib ki, DSK vəsiqəni təsdiqləməlidir, halbuki Seçki Məcəlləsində belə bir müddəa əks olunmayıb.

Bunu Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli “Facebook” səhifəsində yazıb.

O, daha sonra qeyd edib: “68 saylı Cəlilabad kənd seçki dairəsininin 12 saylı məntəqəsində Müsavat Partiyasının müşahidəçisi Qurbanov Turan Davud oğlu seçki məntəqəsinə buraxılmayıb. Turan Qurbanov MSK-da müşahidəçi kimi qeydiyyatdan keçsə də, ondan DSK-dan da qeydiyyatdan keçmək qanunsuz olaraq tələb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mingəçevirdə seçici topa bülleteni atarkən kameraya tuş gəlib –

Sonrakı məqalə

DSK sədri: