Cənubi Osetiyadakı rus qoşunu Ukraynada döyüşməkdən imtina edib

Rusiya Silahlı Qüvvələrinin 4-cü hərbi bazasının Cənubi Osetiya qoşunları Ukraynaya qarşı döyüşməkdən imtina edib və martın 30-da vətənə qayıdıb.

Azpost.info xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb. Məlumata görə, qalmaqal əsgərlərin Ukraynaya heç nəsiz, boş yola salınması və insanların öz pulları ilə onlara gülləkeçirməz jiletlər və s. almasından sonra yaranıb. Əsgərlərdən birinin minaya düşməsi ilə qalmaqal bir az da böyüyüb. Bu zaman onların generalı cəsədi götürməyi qadağan edib və geriyə boş tabut göndərilməsini əmr edib. “Əsgərlər qəzəbləniblər. Onu öldürmək istədilər. Amma 10-12 mühafizəçisi vardı… Bizi ölümə apardılar. Gəlib insanlarla danışacağıq, hətta meydana çıxa bilərik” – “Mediazona” əsgərlərdən birinin baş verənləri osetin dilində təsvir etdiyi audioyazıya istinad edib. Cənubi Osetiya separatçılarının keçmiş prezidenti Eduard Kokoytı “Biz onsuz da azıq, faktiki olaraq genefondu itirmişik” deyərək, əsgərlərinin Ukraynada döyüşməsinə qarşı çıxıb.

Azpost.info

Əvvəlki məqalə

Şəmkirin icra başçısına yeni birinci müavin təyin olunub

Sonrakı məqalə

Təhlükəli qeyri-qida mallarından qorunma sistemi yaradılacaq