“Cənubi Qafqazda müharibə başa çatıb, əməkdaşlıq və tərəqqinin vaxtıdır”- ABDULLAHİAN

“Xarici işlər nazirlərinin “3+3” formatında Tehran görüşü Cənubi Qafqazda sülhün bərqərar olması yolunda təməl daşı ola bilər”.

Azpost.info xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda Cənubi Qafqaz üzrə “3+3” formatında keçirilən görüşdə deyib.

“Cənubi Qafqazda müharibə başa çatıb. İndi bu regionda sülh, əməkdaşlıq və tərəqqinin vaxtıdır”, – XİN rəhbəri deyib.

Abdullahian Cənubi Qafqazda qarşıdurmanın dayandırılmasında regiondaxili oyunçuların və qonşuların roluna da toxunub.

Azpost.info

Əvvəlki məqalə

“Qafqazda sabitliyin təminatı Ermənistanla sülh müqaviləsindən keçir”

Sonrakı məqalə

“Qəzzada xəstəxanada partlayış İsrailə atılmış raketlə törədilib” –