“Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” - İran prezidenti

“Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir”.

Azpost.info xəbər verir ki, bu bəyanatı İran prezidenti İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə səsləndirib.

Rəisi vurğulayıb ki, İran böhran dövründə dəstəklədiyi qonşuları ilə dostdur.

Qafqazdakı vəziyyətdən danışan İran prezidenti Qarabağın azad edilməsini və onun bərpasına hazırlığı alqışlayıb. Eyni zamanda, o, regionun beynəlxalq, tarixi və geosiyasi sərhədlərində istənilən dəyişikliyi qəbuledilməz adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Sərhəd döyüşləri zamanı daha 2 hərbçimiz şəhid olub – SİYAHI

Sonrakı məqalə

Şarl Mişel İlham Əliyevə zəng etdi, sərhəd təxribatı müzakirə olundu