Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Cənubi Qafqaz artıq müharibə məkanı olmamalıdır –

User 19 May 2026 - 14:27 (Last updated: 19 May 2026 - 14:27)
hikmet hac

Azərbaycan qonşu ölkə tərəfindən müharibə və münaqişə ilə üzləşdi və ərazilərinin 20 faizi işğal olundu. Bu, İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar böhranlarından birinə səbəb oldu.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən “Qlobal Koalisiyaların Mərkəzində Mənzil” adlı tədbirdə deyib.

“Qısa müddət ərzində nisbətən kiçik ölkə olan Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünlə üz-üzə qaldı. Onların hamısı mənzillərindən və normal yaşayış şəraitindən məhrum olmuşdu. Həmin dövrdə Azərbaycan həm də ciddi iqtisadi problemlər və çətinliklərlə qarşılaşmışdı ki, bu da həm xalq, həm də hökumət üçün böyük çağırışlar yaradırdı. Biz qaçqınlar üçün sığınacaqlar, çadır evlər və hətta çadır şəhərcikləri yaratmağa məcbur olduq, baxmayaraq ki, lazımi şərait yox idi. Hətta 1 milyondan çox qaçqının yerləşdirilməsi üçün vaqonlardan istifadə edilirdi. Hökumətin əsas məqsədi qaçqın və məcburi köçkün icması üçün sığınacaq, əlçatan qida və yaşayış şəraiti təmin etmək idi. O vaxtdan etibarən Azərbaycanda məcburi köçkünlər üçün müəyyən dövlət imtiyazları da təqdim edildi. Lakin Azərbaycan hökumətinin əsas məqsədi onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasını təmin etmək idi. Həmin dövrün çətin şərtlərinə baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün 300 min ev və mənzil tikdi ki, insanlar normal şəraitdə yaşaya bilsinlər. Çünki düşünürəm ki, hər dildə belə bir ifadə var: “Mənim evim mənim qalamdır”. Böyük və ya kiçik olmasından asılı olmayaraq, insanın öz evi onun qalasıdır. Bu fəlsəfə ilə biz məcburi köçkün icmasına yaşayış şəraiti təmin etdik. Lakin onların əsas arzusu yenə də geri qayıtmaq idi. Bu arada, məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı problemlər daha da çətinləşdi. Çünki Ermənistandan qovulmuş 300 min etnik azərbaycanlı qaçqın da Azərbaycana gəlmişdi”, – Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, indi münaqişə geridə qalıb və Azərbaycan yeni reallıqlarla ilə üz-üzədir: “2024-cü ildən etibarən müharibə və münaqişə artıq başa çatıb. Cənubi Qafqaz artıq müharibə və qarşıdurma məkanı olmamalıdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ermənistanla da sülh sazişi təşəbbüsü irəli sürülüb və ötən il keçirilən Vaşinqton sammiti regionda davamlı sülh və təhlükəsizlik üçün əlverişli geosiyasi şərait yaradıb. Lakin ərazilər azad ediləndən sonra biz tamam fərqli mənzərə gördük. Bu, təsəvvürəgəlməz mənzərə idi. Dünən Prezidentimizin də qeyd etdiyi kimi, məsələn, vaxtilə 100 min insanın yaşadığı Ağdam şəhəri tamamilə dağıdılıb və “Qafqazın Xirosiması” adlandırılır. Xirosima nüvə silahı ilə dağıdılmışdı, Ağdam isə məqsədli şəkildə daş-daş sökülərək məhv edilmişdi. Ümumilikdə Azərbaycanın 9 şəhəri və 300-dən çox yaşayış məntəqəsi demək olar ki, tamamilə dağıdılıb. Hazırda Azərbaycan milyondan çox qaçqın və məcburi köçkünün geri dönüşü prosesini həyata keçirir. Bu, dövlət qarşısında duran nəhəng missiyadır. Biz həmin əraziləri sıfırdan yenidən qururuq. Hətta “mənfi beşdən” başladığımızı deyərdim, çünki bu ərazilər minalarla çirkləndirilib. 1,5 milyondan çox mina və partlamamış sursat həmin əraziləri təhlükəli vəziyyətə salıb. Biz təhlükəsizlik üçün genişmiqyaslı mina təmizləmə kampaniyası həyata keçiririk. Çünki mənzil konsepsiyasında təhlükəsizlik və təminat əsas şərtdir”. /APA/

AzPost.az

Post navigation

Previous: Yaşıl yarpaqlı tərəvəzlər beyin fəaliyyətini dəstəkləyə bilər
Next: Balığın həftəlik istifadəsi depressiya riskini azalda bilər

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.