“Çadır şəhərciyində saxlanılan azərbaycanlıların zəruri ehtiyacları ödənilir” –Dağıstanın Azərbaycandakı nümayəndəiyi

Koronavirusla bağlı Dağıstanda da vəziyyət elə də ürək açan deyil. Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Dağıstan sərhədinə toplanırlar. Bu isə onların həyatları üçün təhlükə hesab edilir.

Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Xosrov Qasanbekov bildirib ki, sərhəddə yaranan problem qısa müddət ərzində öz həllini tapacaq: “Yaranmış vəziyyət Dağıstan Respublikasının rəhbərliyinin nəzarəti altındadır. Azərbaycan vətəndaşlarının problemi ilə bağlı müvafiq qurumlar məşğul olurlar. Bununla yanaşı Dərbənddə çadır şəhərciyində saxlanılan azərbaycanlıların bütün zəruri ehtiyyacları ödənilir. Onların mərhələli şəkildə sərhədi keçmələri üçün bütün zəruri addımlar atılır və yaxın günlərdə bu problem öz həllini tapacaq”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 36 dollara çatıb

Sonrakı məqalə

“Tramp axmaq adamdır…” –