“Tramp axmaq adamdır…” –Sabiq vitse-prezident Bayden

ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaq adlandırıb.

O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.

Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir. O, bunu Trampın “Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.

Həmin mərasimdə Bayden maska ​​və eynək taxıb. “O, əsl axmaqdır… Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, – deyə Bayden bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çadır şəhərciyində saxlanılan azərbaycanlıların zəruri ehtiyacları ödənilir” –

Sonrakı məqalə

Bakıda avtomobil divara çırpılıb, xəsarət alanlar var