Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

CASCFEN layihə çərçivəsində ikinci verilişini təqdim edib

User 30 İyul 2025 - 10:44 (Last updated: 30 İyul 2025 - 12:47)
nadir

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını davam etdirir.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyan layihənin icra planına uyğun olaraq davamlı addımlar atılır. Məlumatda deyilir ki, layihə çərçivəsində mövzu ilə bağlı Azərbaycanda internet TV-lərin birində 3 verilişin hazırlanması nəzərdə tutulub: “Artıq həmin 3 verilişdən ikincisi də hazırlanıb və tamaşaçılara təqdim olunub. İkinci verilişin mövzusu “Ortaq mirasımızın gələcək sahibləri” olub. Verilişdə ekspertlər qismində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxış ediblər”.

Məlumata əsasən layihə rəhbəri Nadir İsmayılovun aparıcılığı ilə reallaşan verilişdə ekspertlər həm ümumilikdə layihə, həm də layihə çərçivəsində Kuzey Kibris Türk Cümhuriyyətində keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans barədə fikirlərini bölüşüblər. Belə bir fikir ifadə olunub ki, bu konfransın KKTC Prezident Sarayında keçirilməsi, konfransda KKTC Prezidenti Ersin Tatarın, milli təhsil naziri Nazım Çavuşoğlunun, Azərbaycandan Milli Məclisin deputatı Vüqar İskəndərovun və digər tanınmış şəxslərin çıxış etməsi, o cümlədən iştirakçılar arasında KKTC, Azərbaycan və Türkiyə ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstandan da uşaq, yeniyetmə və gənclərin olması mühüm əhəmiyyət kəsb edir.

Öz növbəsində KKTC-dəki tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını deyən Orxan Həsənoğlu bu tip layihələrin türk dünyasının inteqrasiyası prosesinə dəstək olduğunu bildirib.

Verilişdə ekspertlər, həmçinin ortaq mirasımızın gələcəyə çatdırılması ilə bağlı da təkliflərini səslənidiriblər.

Verilişə aşağıdakı link vasitəsilə baxmaq olar.

 

https://youtu.be/lVgi-4Sg60I

AzPost.az

Post navigation

Previous: Gənclərin yaradıcılıq imkanlarının artırılması ilə bağlı təlim keçirilib
Next: Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.