“Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının nəticə vermədiyini etiraf etməyə cəsarətləri yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Düşmən ölkələrin “cəhənnəm sanksiyaları”nın uğursuzluqla nəticələndiyini etiraf etməyə cəsarətləri yoxdur. İşləmədi… Sənaye məhsullarının və istehlak mallarının böyük əksəriyyəti özümüzə məxsus olan Rusiya məhsulları ilə, çatışmayanlar isə Asiya brendləri ilə əvəz olundu”, – Medvedev deyib.
Onun sözlərinə görə, paralel idxal da hazırda işləməkdə davam edir və bu, Qərbin eyni brendlərini əldə etməyə imkan verir: “Beləliklə, hər şey həmişə olduğu kimidir. Amerikalılar alçaldılmış Avropa üzərindən pul qazanırlar. Əzilmiş Avropa isə dözür və pul itirir”.
Azpost.info
