“İranın Rusiya, Türkiyə və Suriya arasında üçtərəfli təmaslara daxil edilməsi üçün potensial razılaşma var”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
XİN rəhbəri qeyd edib ki, Moskva Ankaranın Dəməşqlə münasibətləri normallaşdırmaqda maraqlı olmasını dəstəkləyir və buna görə də bu istiqamətdə işi inkişaf etdirmək niyyətindədir.
“İndi İranın bu işə cəlb olunması ilə bağlı prinsipial razılıq əldə olunub”, – Lavrov bildirib.
Lavrov İran, Türkiyə və Rusiyanın Suriya böhranının həllinə çalışan “Astana” üçlüyünün bir hissəsi olduğuna diqqət çəkib: “Türkiyə-Suriya münasibətlərinin normallaşmasına xidmət edən gələcək təmasların Rusiya və İran tərəfindən müşayiət olunmasını məntiqli hesab edirəm”.
Azpost.info
