Cavad Zərifin müşaviri koronavirusdan öldü –COVİD İran siyasi elitasının bəlasına çevrilib

İranda tüğyan edən koronavirus epidemiyası siyasi elitanın daha bir üzvünün həyatına son qoyub.

İran KİV-ləri xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərifin keçmiş müşaviri Hüseyn Şeyx əl-İslam koronavirus nəticəsində yaranan pnevmaniyadan ölüb. O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin fəal iştirakçılarından biri idi və ötən ilə qədər xarici işlər nazirinin müşaviri olmuşdu. Hüseyn Şeyx əl-İslamın martın 7-də öldüyü bildirilir.

Həmin gün İran parlamentinin yeni seçilmiş deputatı Fatimə Rəhbər də virusdan ölüb. Bu, İran parlamentinə fevralda keçirilmiş seçkilərdə seçilmiş və həyatını virusa yoluxaraq itirmiş ikinci deputatdır. Martın 6-da isə virusdan İranın Suriyadakı keçmiş səfiri Hüseyn Şeyxülislam və ölkənin hüquq sisteminin rəhbərinin müavini Əli Xələfi ölüb. Habelə İnqilab Keşikçiləri Korpusunun “Bəsic” bölmələrinin yüksək rütbəli zabiti Məhəmməd Həc Abdulqasımi, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, məqsədəuyğunluq Şurasının üzvü və ayətullah Xameneyinin müşaviri Səid Məhmməd Mirməhəmmədi də koronavirusdan ölmüşdülər.

Virus İran elitası arasında da sürətlə yayılır və ölkənin bütün əyalətlərini bürüyüb. Rəsmi rəqəmlərə görə İranda ölənlərin sayı dünənə qədər 145, yoluxanların sayı 6 minə yaxın idi. (Virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının mərkəzində bir qrup qadın etiraz aksiyası keçirib –

Sonrakı məqalə

İraq İranla quru sərhədlərini bağladı