Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.

Bu barədə türkiyəli nazir həmkarı ilə birlikdə mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflər Ukraynadaki vəziyyəti, Əfqanıstan və digər məsələləri də müzakirə ediblər.

Əvvəlki məqalə

Avropa İttifaqı Zəngəzur sərhədinə 100 nəfərlik missiya göndərmək istəyir

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri