Avropa İttifaqı Zəngəzur sərhədinə 100 nəfərlik missiya göndərmək istəyir

Avropa İttifaqı iki il müddətinə Ermənistan və Azərbaycan sərhədinə 100 müşahidəçidən ibarət yeni missiya göndərmək niyyətindədir.

Bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, rəsmi İrəvanla müşahidəçilərin iştirakının zəruriliyi ilə bağlı anlaşma əldə olunub.

Qeyd olunur ki, müvafiq missiya layihəsi təsdiq olunmaq üçün Avropa Komissiyasının siyasət və təhlükəsizlik komitəsinə göndəriləcək.

Əvvəlki məqalə

Məşhur “qanuni oğru” Türkiyədə qətlə yetirilib –

Sonrakı məqalə

Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib