Çavuşoğlu G20 ölkələri XİN başçılarının iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliyada keçiriləcək G20 ölkələri XİN başçılarının iclasına qatılacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mövlud Çavuşoğlu iyunun 29-da İtaliyanın Materna şəhərində keçiriləcək iclasda iştirak edəcək.

İclasda COVID-19 pandemiyası və buna bənzər gələcək çağırışlar kontekstində çoxtərəfli və qlobal idarəetmənin əhəmiyyəti və beynəlxalq əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, təhsil, iqlim dəyişikliyi, urbanizasiya və miqrasiya kimi mövzular çərçivəsində Afrikanın davamlı inkişafı üçün birgə səylərin müzakirəsi də nəzərdə tutulur.

Türkiyə XİN başçısı ikitərəfli görüşlər də keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada gənc oğlanı gecə klubuna buraxmadılar –

Sonrakı məqalə

ABŞ və 32 dövlət Qara dənizdə hərbi təlimlərə başlayır –