Çavuşoğlu və Mayk Pompeo arasında telefon danışığı olub

15 Dekabr 2020 - 20:17

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Çavuşoğlu ABŞ-ın Türkiyəyə qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiya ilə bağlı M. Pompeoya öz etirazını bildirib. O, ABŞ-ın sanksiya qərarına ölkəsinin sərt mövqeyini M. Pompeonun diqqətinə çatdırıb. (APA)