“Çeçen döyüşçüləri Fələstinə göndərə bilərik”- KADIROV

Çeçenistan lideri Ramzan Kadırov Fələstini dəstəklədiyini bildirib və dünya ictimaiyyətini regiondakı vəziyyətlə bağlı yekdil və ədalətli qərar qəbul etməyə çağırıb.

Azpost.info xəbər verir ki, o, müsəlman ölkələrinin liderlərinə koalisiya yaratmaq üçün müraciət edib.

“Koalisiya yaradın və dost adlandırdığınız şəxsləri, Avropanı və bütün Qərbi çağırın ki, yaraqlıları məhv etmək bəhanəsi ilə dinc sakinləri bombalamasınlar”, – Çeçenistan rəhbəri bildirib.

“Biz Fələstini dəstəkləyirik” deyən Kadırov çeçen birləşmələrini bölgəyə göndərməyə hazır olduğunu da qeyd edib:

“Lazım gələrsə, bölmələrimiz asayişi bərpa etmək və hər hansı fitnə yaradanlara qarşı durmaq üçün sülhməramlı qüvvələr kimi fəaliyyət göstərməyə hazırdır”.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın “Tatarıstan” raket daşıyan gəmisi Bakıya gəlib

Sonrakı məqalə

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən 8 seriyalı film çəkilir